AZ

Məxfi sənədlər açıldı: 44 günlük müharibədən əvvəl bu ölkə… – "Politico"dan sensasiya

Məxfi sənədlər açıldı: 44 günlük müharibədən əvvəl bu ölkə… – "Politico"dan sensasiya

"Belarus 44 günlük müharibədən əvvəl Azərbaycana aparıcı silahlar tədarük edib".

Globalinfo.az xəbər verir ki, bu məlumatı "Politico" qəzeti 10-dan çox məxfi sənədlərə əsasən yazdığını iddia edib.

Qəzet yazır ki, Ermənistan hazırda tarixi keçid ərəfəsindədir, onillərlə Moskvanın yanında yer aldıqdan sonra indi Avropa və NATO-ya üz tutub. Məlumata görə, Belarus Azərbaycana silah tədarükünü 2018-2022-ci illərdə həyata keçirib. Minsk tərəfindən təklif edilən xidmətlər sırasında həmçinin köhnə artilleriya qurğularının modernləşdirilməsi, radioelektron mübarizədə istifadə edilən yeni qurğular və PUA-lar üçün sistemlər yer alıb.

Qəzet həmçinin əlində Belarusun Silah İxracı üzrə Dövlət Agentliyinin iki dövlətlə yazışmalarının olduğunu bildirib. Burada agentliyin Azərbaycan üçün "Qroza-S" sistemlərinin alışını razılaşdırmaq istədiyi iddia edilib.

"Politico" qeyd edir ki, sənəd üzərində Ermənistanın müttəfiqi olmasına baxmayaraq Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi "dostumuz" adlandırır. Məqalədə Prezident İlham Əliyevin "KTMT-də bizim dostlarımız Ermənistandan çoxdur" sözlərinə də yer verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
sonxeber.az

2Mənbələr