AZ

Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidadan  xəstələnir

Dünyada Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidadan

Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidalar səbəbindən xəstələnir.

E-saglam.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Françesko Branka deyib.

F.Branka 7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib. O, qida yoluxucu xəstəliklərin yüzdə qırxının 5 yaşdan kiçik uşaqlarda görüldüyünü söyləyib. Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən F.Branka təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğulayıb: “Dünyanın bir çox yerlərində baş verən humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Qida yalnız təhlükəsiz olduqda ehtiyacları ödəyə bilər”. (Azərtac)

E-saglam.az

Seçilən
59
8
e-saglam.az

10Mənbələr