AZ

Xırdalanın parkındə gecələr zülmət…. İcra başçısı isə

Xırdalanın böyük parklarından biri zülmət içində qalıb. Parkın işıqlandırma sistemi olsa da, işıqlan yandırılmır, parkda hava qaralan kimi göz-gözü görmür.

XALQ.AZ xəbər verir ki, bu barədə sakinlər məlumat verib. Onlar bildirir ki, hava qaralandan sonra parka girmək mümkün deyil. Çünki zülmət qaranlıq olur. Belə olduğu halda parkda istirahətdə təhlükəli hal alır.

Sakinlər bildirir ki, əvvəllər park işıqlandırılıb, indi isə bura gələnlər qaranlıqda oturmalı olurlar. Sakinlər onu da əlavə ediblər ki, parkın yanında maşın dayanacağı var. Kimlərsə gecələr qaranlıqdan istifadə edib maşınları cızırlar.

Seçilən
54
1
xalq.az

2Mənbələr