AZ

Dilan Polatın bacısı və qardaşı azadlığa çıxdı

Həbs edilən sosial media fenomeni Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu azadlığa çıxıb.
 
7News.Az Türkiyə mətbuatına əsasən xəbər verir ki, məhkəmə Dilan Polat və Engin Polatın həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib.
 
Ötən ilin noyabrında çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbs edilən sosial media fenomeni Dilan Polat və Engin Polatın da qısa zaman sonra azadlığa çıxacağı iddia olunub.
 
Xatırladaq ki, 1 noyabr 2023-cü il tarixdə mərkəzi İstanbul olan 6 vilayətdə həyata keçirilən əməliyyatlarda Dilan Polat və əri Engin Polat da daxil olmaqla 24 şübhəli saxlanılaraq həbs olunmuşdu.
 
7News.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
7news.az

1Mənbələr