AZ

“Mastercard” Aİ-də onlayn ödənişlər üçün kart məlumatlarını daxiletməkdən imtina edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Mastercard” 2030-cu ilə qədər Aİ-də onlayn ödənişlər üçün kart məlumatlarının daxil olmasını aradan qaldıracaq.

Banco.az xəbər verir ki, 2030-cu ilə qədər Avropa İttifaqında “Mastercard” müştərinin hansı platforma və ya cihazdan istifadə etməsindən asılı olmayaraq onlayn ödəniş zamanı 16 rəqəmli kart nömrəsinin əllə daxil edilməsini təsadüfi yaradılan “açarlarla” ilə əvəz etməyi planlaşdırır.

Şirkətdən verilən məlumata görə, artıq banklar, fintech təşkilatları, tacirlər və təmassız əməliyyatların digər iştirakçıları ilə iş aparılır. 

Şirkət bildirir ki, onun texnologiyası ağıllı saatlar, ev köməkçiləri və hətta avtomobillər də daxil olmaqla istənilən cihazda bir düyməyə toxunmaqla ödənişlər etməyə imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
banco.az

1Mənbələr