Bu ilin dövlət büdcəsində sosial xərclərin azaldılmasından heç bir söhbət getmir.

İndex.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, əksinə az məbləğdə də olsa dürüstləşmə dövründə artım nəzərdə tutulur: “2023-cü illə müqayisədə bu il üçün 30 milyon manata yaxın artım da proqrozlaşdırılıb”.