AZ

Soydaşlarımız Milli Qurtuluş Günü münasibətilə ABŞ-ın Meyn ştatında ağac əkiblər

Soydaşlarımız

Bakı, 14 iyun, AZƏRTAC

Meyn-Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə Meyn ştatında 15 Iyun – Milli Qurtuluş Gününə və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, aksiyada əkilən ağacların yanında “Meyn-Azərbaycan Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti (1993-2003) Heydər Əliyevin (1923-2003) xatirəsi şərəfinə Meyn Azərbaycan Cəmiyyəti tərəfindən əkilmişdir”, “Tarix və insanlar qurucu və yaradıcıları həmişə yüksək qiymətləndirirlər” – Heydər Əliyev”, “Kökləri ağacın böyüməsi üçün dayanıqlığı təmin etdiyi kimi Heydər Əliyev də vətəndaşlarının çiçəklənməsi üçün Azərbaycanın stabilliyini təmin etdi” fikirlərinin həkk olunduğu lövhələr quraşdırılıb.

Seçilən
51
1
azertag.az

2Mənbələr