AZ

"Real" Vaskeslə müqaviləni uzatdı

"Real" futbolçusu Lukas Vaskeslə yeni müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə Madrid təmsilçisi arasındakı sözləşmə 1 illikdir.

Klub Vaskeslə yanaşı, yarımmüdafiəçi Luka Modriç də müqavilənin müddətini 1 illik uzadıb. "Real" yaxın günlərdə hər iki müqavilənin uzadılmasını rəsmi şəkildə elan edəcək.

Lukas Vaskes 2007-ci ildən "Real"ın futbolçusudur. O, komandada ümumilikdə 347 matç keçirib.

Seçilən
98
2
ikisahil.az

3Mənbələr