AZ

Gürcüstandan olan azərbaycanlı miqrantlara güzəşt olunsun- TƏKLİF

"Ailə Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı çoxlu sayda Gürcüstanda yaşayan həmvətənlərimiz müraciət edir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır: "Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul etsək, bu qadağalar onlara da şamil olunacaq. Belə çıxır ki, biz hansısa əcnəbiyə tətbiq etdiyimiz yanaşmanı azərbaycanlıya da tətbiq edək? Onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır. Gələcəkdə bu halı necəsə nəzərə almaq lazımdır".

Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
81
7
olaylar.az

8Mənbələr