AZ

Azərbaycanla Gürcüstan din sahəsində əlaqələr və əməkdaşlığın inkişafı barədə müzakirələr aparıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində iyunun 13-də bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət Komitəsinin sədri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı olaraq inkişaf etdiyini vurğulayaraq bu kontekstdə dini sahədə də əlaqələrin dərinləşdirilməsinin perspektivlərinə toxunub.

R.Məmmədov qarşılıqlı səfərlər çərçivəsində aparılan müzakirələrin qurumlar arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını bildirib.

Z.Vaşakmadze müasir dövrdə dini icmalar arasında əlaqələrin inkişafının vacib olduğunu qeyd edib. Gürcüstanın din sahəsində əldə etdiyi nailiyyətlərdən danışan sədr müsəlman icmasının müstəqil fəaliyyəti və inkişafına dövlət tərəfindən verilən dəstəyi vurğulayıb. Azərbaycanın dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik aktlarının öyrənildiyini və bu istiqamətdə təcrübə mübadiləsinin faydalı olacağını bildirib.

Tərəflər mövcud əlaqələr və əməkdaşlığın inkişafı barədə müzakirə aparıblar.

Seçilən
63
3
operativmm.az

5Mənbələr