AZ

Bakıda metronun yanında dönərxana yanıb (YENİLƏNİB)

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 68 m² olan dönərxananın kondisionerinin, havalandırma sisteminin mühərrik hissələri və binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində kabel 1 p.m yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Mənzillər və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13:41

Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

Seçilən
108
10
ucnoqta.az

10Mənbələr