AZ

Yaşar Gülәr Brüsseldә görüşlәr keçirir

Türkiyәnin milli müdafiə naziri Yaşar Gülər ​​NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri toplantısında iştirak etmək üçün sәfәr etdiyi Brüsseldә görüşlәr keçirib.

Mәlumata görә, görüşlәr NATO-nun  Belçikanın paytaxtı Brüsseldəki qərargahında baş tutub.

Yaşar Gülәrin NATO qәrargahında Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Zeki Levent Gümrükçü, Türkiyənin NATO-dakı Hərbi Nümayəndəliyinin (TMR) rəhbəri general-leytenant Göksel Kahya və digər rəsmi şəxslər tәrәfindәn qarşılandığı bildirilib.

Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Zeki Levent Gümrükçü vә Türkiyənin NATO-dakı Hərbi Nümayəndəliyinin (TMR) rəhbəri general-leytenant Göksel Kahya görülәn işlәr haqqında Yaşar Gülәri mәlumatlandırıb.

Yaşar Gülәr görüş çərçivəsində ​​Litvanın Müdafiə naziri Laurnas Kaskiunas ilə də görüşüb.

Tәrәflәr müdafiə və təhlükəsizlik məsələləri әtrafında fikir mübadiləsi aparıblar.

Türkiyәnin milli müdafiә naziri ​​ NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәri toplantısı çərçivəsində Ukrayna ilə bağlı xüsusi sessiyaya da qatılıb.

Sessiyadan  əvvəl bir sıra həmkarı ilə görüşən Yaşar Gülər ​​Ukrayna müdafiə naziri Rüstəm Umerovla da söhbət edib.

Qeyd edәk ki, Türkiyәnin milli müdafiə naziri Yaşar Gülər ​​toplantı çərçivəsində sabah da  Brüsseldə olacaq.



Seçilən
79
1
trt.net.tr

2Mənbələr