AZ

Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Nazirlikdən verilən məlumata görə, dünən yerli vaxtla saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bəyanatda  yerli vaxtla saat 19.50-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
trt.net.tr

10Mənbələr