AZ

AzMİU alimlərinin yeni dərs vəsaiti işıq üzü görüb – Tələbələrimiz Ali riyaziyyat fənnindən məsələ və misalların həlli yollarını daha asan mənimsəyə biləcəklər

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Aliriyaziyyat kafedrasının müəllimləri, fizika-riyaziyyat elmlərinamizədi, dosent Əlixan Mehdiyev, fizika-riyaziyyat elmləridoktoru, professor Alik Nəcəfov, riyaziyyat üzrə fəlsəfə doktoru,dosent Mehralı Əliyevin həmmüəllifliyi ilə “Ali riyaziyyatdanməsələ və misallar toplusu” adlı dərs vəsaitinin II hissəsi nəşrolunub.

Dərs vəsaiti ölkəmizin ali məktəblərində iki pilləli təhsilsisteminə keçidlə əlaqədar olaraq tədris olunan “Ali riyaziyyat”kursunun məzmununu yeniləmək, bu günün tələblərini və təcrübireallığı uyğunlaşdırmaq məqsədilə nəşr olunub.

Təqdim olunan dərs vəsaiti müəlliflərin uzun illər AzərbaycanMemarlıq və İnşaat Universitetində “Ali riyaziyyat” kursundanoxuduqları mühazirələr və apardıqları məşğələlər əsasında fənninyeni tədris proqramına uyğun tərtib edilib. Yeddi fəsildən ibarətolan dərs vəsaitində “Ali riyaziyyat” kursunun adi differensialtənliklər, sıralar, ehtimal nəzəriyyəsi və riyazi statistikanınelementləri bölmələri şərh olunur.

Kitabın hər bölməsində mühüm tərifləri, teoremləri və düsturlarıözündə əks etdirən zəruri nəzəri materiallar yığcam şəkildə şərholunur. Dərs vəsaitində şərh olunan hər bir mövzudan sonratələbələrin praktiki vərdişlərini təkmilləşdirmək məqsədiləmüxtəlif çətinlik səviyyəli məsələ və misallar öz əksinitapmışdır.

Qeyd edək ki, dərs vəsaitini AzMİU-nun kitabxanalarından əldəetmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
az.trend.az

3Mənbələr