AZ

“Azərpoçt” bayram günlərində xüsusi rejimdə fəaliyyət göstərəcək

“Azərpoçt”

Bakı, 14 iyun, AZƏRTAC

“Azərpoçt” MMC Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar əhalinin poçt, maliyyə, postkarqo və digər karqo xidmətlərindən rahat və səmərəli istifadə etməsini təmin etmək məqsədilə iyunun 15, 17, 18 və 19-da xüsusi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə AZƏRTAC-a “Azərpoçt”-dan bildirilib.

Qeyd edək ki, 16 iyun tarixində poçt şöbələrində qeyri-iş günü olacaq.

Bayram günlərində fəaliyyət göstərəcək şöbələrin siyahısı:

Poçt məntəqələri İş qrafiki

1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi (AZ1000); 09:00-18:00

2 saylı poçt filialının 63 (AZ1063) saylı poçt şöbəsi; 10:00-17:00

2 saylı poçt filialının 124 (AZ1124), 138 (AZ1138), 144 (AZ1144) saylı poçt şöbələri; 09:00-17:00

3 saylı poçt filialının 2, (AZ1002) 40 (AZ1040) saylı poçt şöbələri; 10:00-17:00

4 saylı poçt filialının 44 (AZ1044) saylı poçt şöbəsi; 09:00-17:00

Regionlarda yerləşən müştəri xidməti şöbələri 10:00-17:00

İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmə və kommunal xidmətlər təmin ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
5
azertag.az

9Mənbələr