Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub.
70 yaşlı portuqaliyalı mütəxəssisin təqdimat mərasimi “Hilton” oteldə keçirilib.
Təqdimat mərasimində F.Santuşla yanaşı AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev də iştirak edib.
Təqdimat mərasimindən sonra F.Santuş jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin “Beşiktaş” komandası olub.