AZ

Qarabağ üzərindən siyasi alverə son verin, yetərincə olub, başqa yol axtarın - Deputat

Bir vaxtlar Surət Hüseynovun qarşısından qaçanlar, Kələkidə soğan əkənlər indi bizə gəlib bizə nəyisə öyrətməyə çalışırlar.

Ölkə.Az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə büdcənin dürüstləşməsinin müzakirələri zamanı deyib.

O bildirib ki, bəzən bəzi insanlar parlamenti özlərinin şəxsi auditoriyası hesab edirlər: “Çoxluq qıtlığa məruz qalır. Amma indi vəziyyət başqadır. Parlament binasını tərk edən bəzi jurnalistlərə çoxlu əsassız məlumatlar verilib. Qarabağda baş verən hadisələrə kölgə salmağa çalışırlar”. 

Deputat bildirib ki, sosial təminatı kəsib Qarabağ torpağına yönəltmək kimi fikirlərin də əsası yoxdur: “Dövlətin bütün məqsədi Qarabağın hər qarışında cənnət yaratmaqdır. Bu gün Qurtuluş Günü ərəfəsində kölgə salırlar. Bir vaxtlar Surətin qarşısından qaçanlar, gedib Kələkidə soğan əkənlər indi bizə nəyisə öyrətməyə çalışıblar. Zamanında Qarabağ üzərindən çox siyasi alver olub. İndi siyasi karyera üçün Qarabağ üzərində siyasi alverə son verin, buna yol vermək olmaz. Başqa yol axtarın…”

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
olke.az

2Mənbələr