AZ

İxrac edilən xam neft və neft məhsulları 16 faiz azalıb

İxrac

Bakı, 14 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 16 faiz azalaraq 9 milyon 869,6 min ton təşkil edib. İxrac edilən neft və xam neft məhsullarının dəyəri isə 13,3 faiz azalaraq 6 milyard 258,6 milyon dollar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında ölkədən 11 milyon 752,5 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 7 milyard 220,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu ilin beş ayında neft bitumu ixracı isə 369,9 min ton təşkil edib. İxrac edilən məhsulun dəyəri isə 68,4 milyon dollar olub.

Ötən ilin müvafiq ayında isə ölkədən 1 milyon 176 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 321,2 milyon dollar olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
azertag.az

1Mənbələr