AZ

Metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verən yanğın söndürülüb

Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən digər ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Xatırladaq ki, 13:00 radələrində Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanğın baş vermiş, əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunmuşdu.

Seçilən
145
2
azpost.info

10Mənbələr