AZ

İsrail ordusu Livanın cənubunu hədəf aldı

İsrail ordusunun Livanın cənubunda 3 mərtəbəli binaya təşkil etdiyi hava hücumu nəticəsində ölən və yaralananların olduğu açıqlanıb.
Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrail ordusuna aid təyyarələr Livanın Sur şəhərinin şərqindəki Deyr Qanun-en Nehr ilə Cannata bölgəsi arasındakı 3 mərtəbəli evə hava hücumu təşkil edib.
Xəbərdə İsrailin hədəf aldığı binanın dağıldığı və hadisə nəticəsində ilkin məlumatlara görə 7 nəfərin yaralandığı bildirilib. Xəsarət alanların Sur şəhərindəki xəstəxanaya aparıldığı qeyd olunub.
Hücum nəticəsində 3 mərtəbəli bina tamamilə dağılıb, bina sakinlərini xilas etmək üçün hadisə yerinə təcili tibbi yardım maşınları və axtarış-xilasetmə qrupları göndərilib.
Livanın yerli mətbuat orqanlarının yaydığı xəbərdə İsrailin hücumu nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, ölənlərin sayı ilə bağlı ətraflı məlumat verilməyib.
Qeyd edək ki, İsrail ordusu və Livan hakimiyyət orqanları  hələlik hücumla bağlı açıqlama verməyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
trt.net.tr

2Mənbələr