AZ

BMT husilərə çağırış etdi

Birləşmiş Millətlər Təşkilatına  üzv olan 40 ölkə Yəməndəki husiləri dərhal və qeyd-şərtsiz saxladıqları BMT əməkdaşlarını azad etməyə çağırıb.
Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord BMT binasında ölkələr adından açıqlama verib.
Husilərin BMT, beynəlxalq təşkilatlar və ya diplomatik nümayəndəliklərin nümayəndələrini və personalını saxlamasını şiddətlə qınadıqlarını ifadə edən Vudvord deyib: “İngiltərə və daha 39 ölkə sözügedən insanların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir”.
Yəməndə humanitar vəziyyətin sürətlə pisləşdiyinə diqqət çəkən Vudvord deyib: "Humanitar yardım işçiləri ən həssas vəziyyətdə olanlara çata bilməlidir".
Humanitar yardımın paylanması zamanı qarşıya çıxan risklərə görə narahatlığını bildirən Barbara Vudvord beynəlxalq humanitar hüquqa hörmət edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, BMT husilərin 13 BMT əməkdaşını saxladığını açıqlamışdı.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
trt.net.tr

3Mənbələr