AZ

BDU-nun builki qəbul planı AÇIQLANDI

2024/2025-ci tədris ili üçün Bakı Dövlət Universitetinə (BDU) qəbul planı açıqlanıb.

BDU-nun Mətbuat xidmətinən Modern.az-a verilən məlumata görə, bu il bakalavriatura pilləsinə 76 ixtisas üzrə 5700 tələbənin qəbulu nəzərədə tutulub.

BDU-da qəbul olunacaq bakalavrlar üçün əyani təhsilalma forması üzrə 5465 yer, qiyabi təhsilalma forması üzrə 235 yer ayrılacaq.

Bu il BDU-ya qəbul olunacaq tələbələrdən 4405 nəfəri Azərbaycan bölməsində, 705 nəfəri Rus bölməsində, 590 nəfəri İngilis bölməsində təhsil alacaq.

Magistratura səviyyəsinə 50 ixtisas və 249 ixtisaslaşma üzrə 1436 magistrant qəbul ediləcək.
Onlardan Azərbaycan bölməsi üzrə 1055 yer, Rus bölməsi üzrə 202 yer, İngilis bölməsi üzrə 151 yer ayrılıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
modern.az

2Mənbələr