AZ

Yaxın aylarda 756 min sudanlı aclıq fəlakəti ilə üzləşə bilər

Yaxın

Bakı, 14 iyun, AZƏRTAC

Sudanda 756 min nəfər sentyabr ayına qədər fəlakətli qida çatışmazlığı ilə üzləşə bilər.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hazırda təqribən 25,6 milyon nəfər və ya əhalinin 54 faizi kritik ərzaq çatışmazlığı ilə üzləşib, o cümlədən ölkədə fövqəladə və ya daha pis vəziyyətdə olan doqquz milyondan çox insan var.

2023-cü ilin aprelində Sudanın paytaxtı Xartumda döyüşlər başlayıb və sürətlə bütün ölkəyə yayılıb, qərbdəki Darfur bölgəsində etnik zəmində qan tökülməsi yenidən alovlanıb və milyonlarla insan evlərini tərk etməyə məcbur olub. İndiki və keçmiş münaqişələr səbəbindən Sudan daxilində didərgin düşmüş insanların sayı 10 milyonu ötüb.

Ölkə artıq dünyanın ən böyük köçkün böhranını yaşayır. Keçən ay BMT agentlikləri də Sudanın “labüd aclıq riski” ilə üzləşdiyini bildirib. BMT liderlərinin, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığın birgə bəyanatına görə, bu ölkədə təxminən 3,6 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
azertag.az

1Mənbələr