AZ

HƏMAS-ın girovlarının müəmmalı aqibəti: Onların sayını heç kim bilmir?

Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların dəqiq sayını heç kim bilmir.

Bu barədə HƏMAS hərəkatının rəhbərlərindən biri Usama Həmdanın sözlərindən aydın olub.

Ondan Qəzza zolağında qalan 120 girovdan neçəsinin hələ də sağ olduğu soruşulub.

"Mənim bu haqda heç bir fikrim yoxdur. Bu barədə heç kimin təsəvvürü yoxdur", - deyə o cavab verib.

Xatırladaq ki, İsrailin müdafiə naziri Yoav Qalant iyunun 8-də Qəzza zolağında keçirilən xüsusi əməliyyat nəticəsində dörd girovun uğurla azad edildiyini açıqlayıb. O əlavə edib ki, İsrail qalan 120 nəfəri xilas edənə qədər Fələstin anklavında döyüşləri davam etdirəcək.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
oxu.az

1Mənbələr