AZ

Qırmızı dənizdə husilərin iki kateri vuruldu

ABŞ silahlı qüvvələri Qırmızı dənizdə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının iki patrul gəmisini və bir pilotsuz suüstü texnikasını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X-də məlumat yayıb.

Komandanlıq həmçinin Yəmən bölgəsində husilərin idarə etdiyi hava hücumundan müdafiə sensorunun və Yəmən ərazisindən Qırmızı dəniz üzərindən atılan bir PUA-nın məhv edildiyini bildirib.

ABŞ ordusu bu sistemlərin regiondakı ABŞ, koalisiya və ticarət gəmiləri üçün birbaşa təhlükə yaratdığını iddia edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
ucnoqta.az

1Mənbələr