AZ

Fernando Santos Bakıda idman obyektləri ilə tanış oldu

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernando Santos Bakıda yerləşən müxtəlif idman obyektləri ilə tanış olub.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Dalğa Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “Bayıl Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.

Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.

Xatırladaq ki, Fernando Santos iyunun 12-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Təcrübəli məşqçi ilə 3+1 illik müqavilə imzalanıb. Santosun qarşısına Azərbaycan millisini AÇ-2028-ə çıxarmaq vəzifəsi qoyulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
27
arena.az

10Mənbələr