AZ

BMT-yə üzv olan 40 ölkə husilərə çağrış etdi

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 40 ölkə Yəməndəki husiləri "dərhal və qeyd-şərtsiz" saxladıqları BMT əməkdaşlarını azad etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord BMT binasında ölkələr adından açıqlama verib.

Husilərin BMT, beynəlxalq təşkilatlar və ya diplomatik nümayəndəliklərin nümayəndələrini və personalını saxlamasını şiddətlə qınadıqlarını ifadə edən Vudvord, “İngiltərə və 39 ölkə sözügedən insanların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir” dedi.

Yəməndə humanitar vəziyyətin sürətlə pisləşdiyinə diqqət çəkən Vudvord, "Humanitar yardım işçiləri ən həssas olanlara çata bilməlidir" dedi.

Humanitar yardımın paylanması zamanı qarşıya çıxan risklərdən dərin narahat olduqlarını ifadə edən Vudvord beynəlxalq humanitar hüquqa hörmət edilməsinin vacibliyini vurğulayıb.

BMT Yəməndə husilərin 13 BMT əməkdaşını saxladığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
17
2
turkustan.az

3Mənbələr