AZ

Gimnastika əfsanəsindən Los-Anceles İDDİASI

İdman gimnastikasının əfsanələrindən olan Oksana Çusovitina Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına qatılmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, bunu 49 yaşlı özbəkistanlı gimnast Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidmətinə açıqlayıb.

İndiyədək 8 dəfə Olimpiadanın iştirakçısı olan veteran özünün 9-cu yarışına qatılmaq arzusunu reallaşdırmaq niyyətindədir. Zədə səbəbindən Paris-2024-ə vəsiqə verən Asiya çempionatına qatılmayan Oksana ardıcıl 9-cu Olimpiadaya qatılmaq imkanından məhrum olub. Ruhdan düşməyən idmançı 53 yaşında Los-Ancelesdə “9”a çatmağı hədəfləyib.

Qeyd edək ki, Çusovitina Barselona-1992-nin qızıl, Pekin-2008-in gümüş mükafatçısıdır.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
idman.biz

1Mənbələr