AZ

Sahibə Qafarova: Ümummilli Liderin siyasi iradəsi və qətiyyəti Azərbaycan dövlətini davamlı inkişaf yoluna çıxardı

Yazını böyüt
Yazını kiçilt

Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısını aldı.

Hafta.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 14-də keçirilən növbədənkənar sessiyasının növbəti iclasında söyləyib.

O bildirib ki, Ümummilli Liderin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti Azərbaycan dövlətini qoruyub saxladı, möhkəmləndirdi və davamlı inkişaf yoluna çıxardı. Həmçinin onun geosiyasi əhəmiyyətini artırdı, ölkəmizi qlobal əhəmiyyətli iqtisadi layihələrin mərkəzinə çevirdi.

“Ulu Öndərin 30 ildən artıq bir dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur”, - deyə S. Qafarova əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
hafta.az

2Mənbələr