AZ

"Liverpul" təmsilçisi dünyanın ən çox qazanan müdafiəçisi ola bilər

Niderland millisinin futbolçusu Vircil Van Deyk dünyanın ən çox qazanan müdafiəçisi ola bilər.

"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, təcrübəli oyunçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə keçəcəyi təqdirdə bu baş verəcək.

"Əl-Nəsr" rəhbərliyi hazırda İngiltərənin "Liverpul" klubunda çıxış edən futbolçunun nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi "Yuventus"un qapıçısı Voytsex Şensnı ilə də müqavilə imzalamaq istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
ikisahil.az

2Mənbələr