AZ

Alman polisi britaniyalıları Avro 2024-də spirtli içki qəbuluna icazə verməyə bilər

Almaniya polisi İngiltərə azarkeşlərini 2024-cü il Avropa futbol çempionatı zamanı pivə qəbul etməməyə çağırıb.

90deqiqe.Az bu barədə “Daily Mail”  nəşrinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Almaniya hüquq-mühafizə orqanları spirtli içkilərin azarkeşləri aqressivləşdirdiyi bildiriblər. Qeyd olunur ki, alman polisi də serb azarkeşlərdən narahatdır.

Xatırladaq ki, Avro-2024 bu gün, iyunun 14-də başlayır. Açılış oyununda Almaniya və Şotlandiya komandaları çıxış edəcək. Münhendəki "Allianz Arena" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
90deqiqe.az

1Mənbələr