AZ

NATO bu ölkələrdə hərbi bazalar yaradır

Şimali Atlantika Alyansı (NATO) Ukraynadakı missiyası çərçivəsində bu ölkəyə silah tədarükünü koordinasiya etmək üçün Polşa, Rumıniya və Slovakiyada hərbi bazalar yaratmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunda danışıb.

Onun sözlərinə görə, alyans “Ukraynada NATO-nun missiyası”nı yaratmaq istəyir ki, bu da tədarük edilən silahların Kiyevə ötürülməsini əlaqələndirmək deməkdir.

"Onlar üç böyük hərbi baza yaradacaqlar. Oradan, həm də NATO ölkələrinin ərazisindən - Polşa, Slovakiya və Rumıniyadan Ukraynaya silah ötürəcəklər", - Macarıstanın baş naziri bildirib.

Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, NATO ölkələri Ukraynaya silah yardımı etməklə “odla oynayır”. Lavrovun fikrincə, alyans və ABŞ münaqişədə birbaşa iştirak edir və bu, onun həllinə kömək etmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
publika.az

1Mənbələr