AZ

ABŞ Riçard Vermanı da Ermənistana göndərir: Nə baş verir?

ABŞ dövlət katibinin müavini Riçard Verma üç günlük səfər üçün iyunun 17-də Ermənistana gələcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.

“Dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma yerli idarəetmədə demokratiya üzrə erməni-amerikan forumunda iştirak etmək üçün İrəvana rəsmi səfər edəcək, həmçinin bu səfər zamanı baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək Bu, bizim erməni xalqı ilə ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətimizdən xəbər verir”, - səfirliyin sosial şəbəkədəki səhifəsində dərc olunmuş mesajda deyilir.

Qeyd olunur ki, Verma Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniyadan olan nümayəndə heyətinə rəhbərlik edəcək. Onu Dövlət Departamentinin yeni yaradılmış submilli diplomatiya komandasına rəhbərlik edən Nina Xaçiqyan və kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndə Sara Morqenthau müşayiət edəcək.

publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
hurriyyet.az

1Mənbələr