AZ

“İşğaldan azad edilmiş ərazilərimizdə davranışımıza fikir verək“- Mir Şahin

Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə davranışımıza xüsusi fikir verək.

News365.az xəbər verir ki, bu barədə telejurnalist Mir Şahin öz sosial şəbəkə hesabında paylaşım edib.

"Biz yeni reallıqlara öyrəşməliyik. Həm də məsələ təkcə yeni reallıqda da deyil axı. Yağış yağanda, sel gələndə dağda, aranda həmişə, dədə-babadan neyləmişik!? Yəni əgər küçəni, qapını, evi, zirzəmini su basıbsa, bel, vedrə, suyu bayıra vurmaq üçün motor axtarmaq lazımdır, daha çəkiliş aparmaq məqsədilə, "Ay dədəm vay! Zabuxu sel apardı!" deyə-panika sala-sala telefon yox! Hətta telefona əl uzatsaq da, bunu qohuma, qonşuya, dosta, tanışa zəng vurub köməyə çağırmaq, yardım təklif etmək üçün edək. Sel gəlibsə, qarşısına hazırlıqlı çıxmalıyıq: bellə, çalovla, torpaq dolusu kisələrlə. Daşqından xilas olmaq, insanlara kömək etmək tələb olunduğu bir zamanda... xain niyyətlə Zabuxda çəkiliş aparıb yaymaq, onu Meydan TV, HamamTimes və s. tək qeyri-dost, hətta düşmən kanallara ötürmək, ölkəni, özü də tariximizin Qalib, Başıuca ölkəsini, xalqını sosial şəbəkələrdə, internet resurslarında biabır etməyə çalışmaqdır! Yağış, sel Laçın, Zabux kimi, Bakı, Gəncə, Goranboy, Zaqatala və Ağsu aşırımı tək Azərbaycanın hər yerinə düşür. Eynilə Rusiya, Ukrayna, İspaniya, Mərkəzi Asiya...Dubay kimi. Odur ki: yağış yağanda, sel gələndə özümüzü yumşaq desək-adekvat aparaq, ilk yardımı özümüz edək, FHN gəlib çıxana kimi. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə davranışımıza xüsusi fikir verək. Dünya bizə ilk növbədə oradan baxır. Orada inşa edilərək bağışlanan mənzillər, küçələr, xiyabanlar, məktəblər... hər şey və hər şey Dövlətin vətəndaşa hədiyyəsidir! O hədiyyəni qorumağımız lazımdır: yağışdan da, seldən də, düşməndən də. Şəhid ruhuna layiq şəkildə!"

Vəfa Vəliyeva, News365.az

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
news365.az

1Mənbələr