AZ

Dövlət mərmər-qranit müəssisəsini satır - ŞƏRTLƏR

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin dövlətə məxsus təsis paylarının satışı üzrə investisiya müsabiqəsi elan edib.

"Marja"a Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan olunub.

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən müəssisənin özəlləşdirilməsi üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə azı 10 milyon manatlıq investisiya proqramı təqdim etməli, azı 80 yeni iş yerinin yaradılması, istehsalda müasir texnologiyaların tətbiq edilməsi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflərini verməlidir.

Müəssisənin ümumilikdə 689 292 manat öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (9.500.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə https://clck.ru/3BBMzE linki vasitəsilə tanış olmaq olar.

İddiaçıların ərizə və təklifləri iyulun 8-nə qədər (iş günləri saat 10:00-dan 17:30-a qədər) Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) qəbul ediləcək. Komissiyanın müsabiqə təkliflərini qiymətləndirməsi qurumun inzibati binasında - iyulun 9-da saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

XXX

“Bakı Mərmər Qranit” Məhdud Məsuliyyətli Cəmiyyətindəki dövlətə məxsus payların satışı üzrə investisiya müsabiqəsi

“BAKI MƏRMƏR QRANİT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNDƏKİ DÖVLƏTƏ MƏXSUS PAYLARIN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN  ELANI

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3703 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti keçmiş “Qaradağ Mərmər Qranit”, hazırda isə “Bakı Mərmər Qranit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “cəmiyyət”) dövlətə məxsus paylarının 100 (yüz) faizinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

Cəmiyyət haqqında məlumat

(01 aprel 2024-cü il tarixinə)

Hüquqi ünvanı: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Xocasən yolu, 7

Cəmiyyətin əsas fəaliyyət növü: mərmər və qranitin kəsilməsi, cilalanması və emalı istehsalı

Nizamnamə kapitalı: 17 059 000 (on yeddi milyon əlli doqquz min) manat

Payların ümumi sayı: 170 590 (yüz yetmiş min beş yüz doxsan) ədəd

Bir payın dəyəri: 100 (yüz) manat

İnvestisiya müsabiqəsində satışa 170 590 (yüz yetmiş min beş yüz doxsan) ədəd

çıxarılan payların sayı:

İnvestisiya müsabiqəsində satışa çıxarılan 17 059 000 (on yeddi milyon əlli doqquz min) manat

payların ümumi dəyəri:

Əhatə etdiyi sahə və tikililərin 6,9 ha (bundan 0,88 ha mühafizə zolağına düşür) xarakteristikası: tikililərin xarakteristikası cəmiyyətin Texniki paspor- tunda göstərilmişdir

Cəmiyyətin digər müəssisələrdə iştirak payı: yoxdur

Qeyri-maddi aktivlər: yoxdur

Cəmiyyətinin ekoloji vəziyyəti: qənaətbəxş

İşçilərin sayı: 3 (üç) nəfər

Cəmiyyətin öhdəlikləri: 689 292 (altı yüz səksən doqquz min iki yüz doxsan iki) manat

o cümlədən:

- dövlət büdcəsinə olan borclar 68 138 (altmış səkkiz min yüz otuz səkkiz) manat

- əmək haqqı və ona bərabər tutulan borclar 152 714 (yüz əlli iki min yeddi yüz on dörd) manat

- DSMF-yə olan borclar 99 060 (doxsan doqquz min altmış) manat

- bank krediti 144 923 (yüz qırx dörd min doqquz yüz iyirmi üç) manat

- sair borclar 224 457 (iki yüz iyirmi dörd min dörd yüz əlli yeddi) manat

Debitor borcları: 232 513 (iki yüz otuz iki min beş yüz on üç) manat

İddiaçılar qarşısında qoyulan şərt və tələblər

2.1. Müəssisənin fəaliyyətinin bərpası və yeni istehsal sahələrinin yaradılması hesabına inkişaf etdirilməsi üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 10 000 000 (on milyon) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:

2.1.1. mövcud tikili və qurğuların bərpası və yenidənqurulmasına dair təkliflər;

2.1.2. mövcud avadanlıq və texnologiyaların təmiri (məqsədəuyğun hesab olunduqda), habelə yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər (yaradılacaq yeni istehsal sahələri daxil olmaqla);

2.1.3. müssisədə əlavə istehsal sahələrinin qurulmasına dair təkliflər;

2.1.4. infrastruktur təminatının yeniləşdirilməsinə dair təkliflər;

2.1.5. iş yerlərinin bərpası və sayının artırılması (80-dən az olmayaraq), habelə sosial tədbirlərə dair təkliflər;

2.1.6. idxalı əvəz edən və/və ya ixrac yönümlü yeni məhsulların istehsalı və çeşidinin artırılmasına dair təkliflər;

2.1.7. təklif olunmuş investisiya həcminin 5%-ə qədərinin pul vəsaiti şəklində cəmiyyətin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.

2.2. Təklif olunan İnvestisiya Proqramında avadanlıqların yenilənməsi və təmirinə, habelə təmir-tikinti və yenidənqurma-bərpa işlərinə yatırılacaq investisiyaların xüsusi çəkisi ümumi investisiyaların 65%-dən az olmamalıdır.

2.3. Cəmiyyətdəki dövlətə məxsus payının alınmasına görə dövlət büdcəsinə 9 500 000 (doqquz milyon beş yüz min) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsinə dair öhdəliyin götürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).

İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

Müsabiqədə iştirak məqsədilə iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqə şərtlərinin icrasının təmin olunması imkanlarını təsdiq edən 1 000 000 (bir milyon) manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə bank qarantiyası (zaminlik müqaviləsi, girov müqaviləsi və s.). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.3-cü bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğ və zəmanət sənədləri isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

- təsis müqaviləsi və VÖEN-in, habelə rəhbərin təyinatı barədə əmrin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının fəaliyyətini əks etdirən məlumat;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat və son üç ilin audit olunmuş maliyyə hesabatları (xarici hüquqi şəxslər üçün);

- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;

- təqdim edilən sənədlərin siyahısı.

İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçı və onun sahibkarlıq fəaliyyəti haqqında məlumat;

- iddiaçının VÖEN-i;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);

- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;

- təqdim edilən sənədlərin siyahısı.

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların hər hansının Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənəndlər və ya məlumatlar iddiaçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir. Bu formada təqdim olunan sənədlər Müsabiqə Komissiyası tərəfindən müvafiq qaydada nəzərə alınır.

Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) təqvim günü müddətində cəmiyyətinin dövlətə məxsus paylarının alqı-satqısı müqaviləsinin imzalanmasını;

4.1.2. Cəmiyyətin paylarının alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

- təklif etdiyi pul vəsaitinin müqavilədə razılaşdırılacaq müddətdə dövlət büdcəsinə köçürülməsini;

- müqavilədə razılaşdırılacaq müddətdə, cəmiyyətin əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini;

- müqavilədə razılaşdırılacaq müddətdə və qaydada cəmiyyətin kreditor borclarının tənzimlənməsini;

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə müvafiq (8.850 manat (ƏDV daxil olmaqla)) məbləğdə xidmət haqqının ödənilməsini;

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiyanın ümumi həcminin İnvestisiya Proqramında qeyd edilmiş 5%-ə qədərinin pul vəsaiti şəklində cəmiyyətin hesablaşma hesabına köçürülməsini;

- öhdəlik götürəcəyi sayda, lakin 80-dən az olmayaraq iş yerinin yaradılmasını;

- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

4.2. İddiaçılar cəmiyyətlə və müvafiq sənədlərlə (Özəlləşdirmə planı daxil olmaqla) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 08 iyul 2024-cü il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, otaq 1206. Əlaqə telefonları: +99 412 311 01 60 (əlavə 1314 və 1315), elektron ünvan: [email protected].

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 08 iyul 2024-cü il tarixinədək iş günləri saat 1000-dan 1730-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır.

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 09 iyul 2024-cü il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.

BakıMərmərQranit investisiya müsabiqə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
marja.az

2Mənbələr