AZ

Azərbaycan hansı ölkələrə neft satır?

2024-cü ilin yanvar-may aylarında Azərbaycandan 6,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayır: İtaliya, İsrail, Hindistan, Çexiya, Almaniya, Xorvatiya, Portuqaliya, Rumıniya, Tailand, Tunis, Yunanıstan, Türkiyə, Polşa, Fransa, Niderland, İndoneziya, İspaniya, Böyük Britaniya, Serbiya, Özbəkistan.

İyunun 14-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 83,44 dollara satılır.

Dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75 dollarla başlayıb.

Beynəlxalq öhdəlik Azərbaycanın gündəlik xam neft hasilatı normasını 551 min barrel (74259 ton) müəyyən edib, yanvar-may aylarında ölkədə 12 milyon ton neft çıxarılıb.



BİA.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
bakuinform.agency

1Mənbələr