AZ

Hüsniyyədən Rüfətlə bağlı sərt reaksiya: "Şəxsi həyatım..."

Amerikaya köçən aparıcı Hüsniyyə Məhərrəmova aparıcı Rüfət Ağayevlə birlikdə yaşaması haqqındakı xəbərlərə sərt reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Hüsniyyə Məhərəmmova şəxsi İnstaqram səhifəsində bu sözləri yazıb:

"Mən Azərbaycanda yaşamıram. Onun televiziyası, mədəniyyəti, şou-biznesi və ictimai həyatı ilə heç bir əlaqəm yoxdur. Şəxsi həyatım da maraqsızdır, inanın. Olmasa belə onu sizinlə bölüşəcək qədər səmimi deyiləm. İnstaqram mənim gündəlik rutinimlə bağlı paylaşım etdiyim səhifəmdir. Və icazəsiz hər hansı bir paylaşımımı xəbər edib ictimailləşdirmənizə icazə vermirəm".

Aparıcı daha sonra paylaşımı səhifəsindən silib.


Müəllif: Rəqsanə Həsənova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
teleqraf.com

1Mənbələr