AZ

ABŞ sanksiyalar tətbiq etmək əvəzinə öz problemlərinin həlli üçün çalışsınlar - Çin rəsmisi

ABŞ Çinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalarını dayandırmalıdır. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib.

Onun sözlərinə görə, Pekin Vaşinqtonun təktərəfli sanksiya təzyiqlərini dərhal dayandırmasını tələb edib: "ABŞ-ın qeyri-qanuni təktərəfli sanksiyalardan sui-istifadəsini dərhal dayandırmasında israr edirik. Pekinin Çin şirkətləri və şəxslərin qanuni hüquqlarını qorumaq üçün lazımi tədbirləri görəcəyik".

Lin Jian daxili problemləri günü-gündən yığılan ABŞ-a başqa ölkələrə müdaxilə etmək və qeyri-qanuni sanksiyalar tətbiq etmək əvəzinə, öz ölkəsində irqi ayrı-seçkilik, silahlı zorakılıq və narkotiklərin yayılması kimi xroniki problemlərin effektiv həlli üçün tədbirlər görməsini tövsiyə edib. Rusiya ilə ticarət etdiklərinə görə sanksiyalar tətbiq edən Vaşinqtonun Çin şirkətlərinə tətbiq etdiyi yeni məhdudiyyətləri şərh edən Jian, Çinin hər hansı bir qeyri-qanuni birtərəfli sanksiyalara qəti şəkildə qarşı olduğunu təkrarlayıb .

Müəllif: Qönçə Quliyeva
Seçilən
147
sia.az

1Mənbələr