AZ

Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdən - SON ZƏNG (FOTOLAR)

Ömrünü təhsilə verib saçlarını bu yolda ağardan qocaman müəllimlər üçün bu dünyanın ən böyük sərvəti yetirmələrinin can sağlığı və uca yerlərdən gələn səs-sədasıdır.

Kəmalə Yusifova Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin qocaman müəllimlərindəndir. 41 il pedaqoji iş təcrübəsi olan Kəmalə müəllim bu il 20 illik yubileyi böyük təntənə ilə qeyd olunmuş məktəbin fəaliyyətə başlayan ilk günündən burada çalışır. Kəmalə müəllim hər şagirdinin uğuruna ürəkdən sevindiyini, yetirmələri arasında ölkəmizə çox faydalı olan tanınmış insanlar oluğunu fəxrlə qeyd etdi.

Hər müəllim günündə onu arayıb-axtaran bu insanların bu ötən onillər ərzində Kəmalə müəllim üçün ən dəyərli əsərlər olduğunu bildirən təcrübəli pedaqoq hazırda dərs dediyi balacalardan Vilayətin, Məhəməddin, Ayşənin, Əbülfəzin, Yusifin, Zəhranın, Lalənin gələcəkdə daha çalışqan olacaqlarına inandığını dedi. Kəmalə müəllim üçün Ulu Öndərın adını daşıyan məktəbdə təhsil alan bu balacaların gələcək uğurlarını da görə bilmək onun üçün ən yaxşı mükafat olacaq.  

Məlahət Fərzəliyeva da Heydər Əliyev adına məktəbin ibtidai sinif müəllimlərindəndir. Artıq 20 ildir bu təhsil ocağında fəaliyyət göstərən Məlahət müəllim 35 il pedaqoji təcrübəyə malikdir. Onun üçün də Heydər Əliyev adına məktəbdə çalışmaq, buradan həyata vəsiqə qazanan gəncləri yetişdirmək ən böyük fəxrdir. Müəllim deyir ki, hazırda Vətən müharibəsi şəhidi Raqib Hüseynov adına sinifdə dərs keçdiyi III “B” sinif şagirdlərinə Vətəni sevməyi öyrətmək onun əsas amalıdır. Şagirdlər uca şəhidlərimizin adını daşıyan sinif otaqlarında oxumaqla sanki ikiqat məsuliyyətli olurlar.

Qeyd edək ki, Heydər Əliyev adına məktəbdə belə siniflərin sayı 24 olub, ayrıca olaraq, foyedə Vətən müharibəsi şəhidlərimizin xatirəsinə həsr olunmuş guşə də yaradılıb. Şagirdlərdən Nuray, Nazlı, Zəhra və digər əlaçılar hər dəfə yüksək qiymətlər alanda bu, şəhidmizin anası hörmətli Rəna xanımı da sevindirir və onlar da bununla həmişə qürur duyurlar.

Əli CABBAROV

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
mia.az

1Mənbələr