AZ

AÇ-2024 başlayır: Meydan sahibləri Şotlandiyaya qarşı

Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatına (AÇ-2024) bu gün – iyunun 14-də start veriləcək.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda iştirak edəcək.

İştirakçılar hər birində 4 komanda olmaqla 8 qrupa bölünüblər.

Avropa çempionatının açılış matçında isə ev sahibi Almaniya millisi Şotlandiya yığması ilə üz-üzə gələcək. Münhendəki “Alyans Arena”da baş tutacaq matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. A qrupunun ilk matçını fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında baş tutacaq.

AÇ-2024
A qrupu
14 iyun

23:00. Almaniya – Şotlandiya
Baş hakim: Kleman Türpen (Fransa).
Münhen, “Alyans Arena”.

Seçilən
93
arena.az

1Mənbələr