AZ

Folklor İnstitutun əməkdaşı oğlunun məzun günündə vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutun əməkdaşı Elnarə Soltanova qəflətən vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə onun iş yoldaşları sosial şəbəkədə məlumat yayıblar.
 

“Bu gün Elnarə xanımın böyük oğlunun məzun günü idi, bu günü çox səbirsizliklə və həsrətlə gözləyirdi. Gecə saat 3-ə işləmiş oğlu haqqında votsap-da paylaşım edib, ürək sözlərini yazıb. Bəlkə də səhər oğlunun məzun günündə iştirak edə bilməyəcəyini ana ürəyi hiss edibmiş”, - deyə mərhumla bağlı payalaşımda qeyd edilib.

Allah rəhmət eləsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
5
modern.az

7Mənbələr