AZ

Milli Şura Fransa senatına məktub ünvanladı ANALİZ

Dağıdıcı müxalifətin əsas ünsürləri bütün varlıqları ilə Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı qərəzli mövqe sərgiləyirlər. Səbəbini tam şəkildə anlamaq mümkün olmasa da. Ehtimallar onların erməni diasporunun təsiri altında olmaları ilə əlaqələndirilir. Yəni Avropanın və ABŞ-ın qaranlıq dairələrinin birləşdikləri erməni şəbəkəsinin tələb və göstərişlərinə uyğun olaraq Azərbaycanın dağıdıcı müxalifəti fəaliyyətini qurur. Dağıdıcı müxalif ünsürlərin səsləndirdikləri fikirlərin Fransa, ABŞ və digər dövlətlərin Azərbaycana yönələn qərəzli fikirlərlə eyniyyət təşkil etməsi fərziyyələri və ehtimalları əsaslandırır. Nə zaman kimsə Azərbaycan haqqında əsassız fikir səsləndirsə, dərhal dağıdıcı müxalifət onu özünəməxsus şəkildə şərh edib paylaşır. Düşünürlər ki, xaricdəki ermənipərəst dairələr Azərbaycanla bağlı qərəzli fikir söyləməklə düzgün və ədalətli mövqe sərgiləyir. Belə demək mümkünsə, onların mövqeyinə uyğun fikirlər ifadə edənlər “haqqın”, “ədalət”in carçılarıdır. Halbuki hər kəsə gün kimi aydındır ki, Azərbaycana qarşı qərəzli fikirlər səsləndirənlər ya erməni lobbisinin üzvləridir, ya da Azərbaycanın dünya miqyasında əldə olunan uğurlarını həzm etmək istəməyən, qısqanclıqla yanaşan Almaniya, Fransa, ABŞ kimi məkrli dövlətlərdir. Fransa o dövlətdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 illik erməni işğalına son qoyub ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa senatı erməniləri himayə edən, Ermənistana dəstək göstərən irticaçı qərarlar qəbul etdi, Makron ölkəmizlə bağlı qərəzli açıqlamalarla çıxış etdi və bu gün də eyni ampluadan çıxışlar etməkdədirlər. Almaniya Bundenstaqının üzvü, faşist cərəyanın əsas ideoloqlarından olan Frank Şvabenin təklifi əsasında Azərbaycanın AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul edildi. Qısası, Əli Kərimli, C.Həsənli və digər dağıdıcı ünsürlər ABŞ-ın və Avropanın məkrli dairələrinin əlində oyuncağa çevriliblər. Hansı ki, həmin məkrli ünsürlər Azərbaycana qarşı açıq düşmənçilik siyasəti aparırlar.

Əli Kərimli erməni diasporu üzvü kimi düşünür

Düşmənlə eyni maraqları bölüşmək və eyni siyasəti aparmaq satqınlıq və xəyanət deməkdir. O dərəcədə məkrli dairələrin sifarişlərinə aludə olublar ki, barda alkaşın, küçədə narkomanın, səhnədə ağılsız rəqqasənin, siyasətdə erməni kökənli şəxsin Azərbaycanla bağlı istənilən sayıqlamasını bəh-bəhlə öz sosial şəbəkə hesablarında paylaşırlar. Bir qədər əvvəl AXCP sədri Əli Kərimli Ermənistanda doğulub, sonradan qaçqın kimi ABŞ-a sığınmış, hazırda isə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri olan Ben Kardininin Azərbaycan haqqında heç bir məntiqə əsaslanmayan fikirlərini yayımlayıb: “Ben Kardin Azərbaycan hakimiyyətini jurnalistlərin və müxalifətçilərin təqibini dayandırmağa çağırıb. Azərbaycanda jurnalistlərə hücumlar, müxalifət xadimlərinin qanunsuz həbsi və transmilli repressiyalardan istifadə etmə - antidemokratik taktikadır. Bakı COP29 ərəfəsində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və bu təqibləri dayandırmalıdır”. Lakin bu məxluq anlamır ki, Ben Kardin erməni əsillidir və erməni kökənli olmasını da inkar etmir. Bu baxımdan erməni məxluqdan istənilən şər və böhtanı gözləmək olar. Yəni Ben Kardin sayılaması başa düşüləndir. Ə.Kərimlinin isə onun ədəbsiz fikirlərini yayımlaması anlaşılan deyil. Ən azı ona görə ki, Ə.Kərimli özünə azərbaycanlı deyir. Hətta aradabir “Böyük Turan”, “Turançılıq” ideyalarından danışır. O zaman sual edilir, Ə.Kərimli sən necə böyük amallara sahibsən ki, erməni dəyirmanına su tökürsən? Sən necə azərbaycanlısan ki, Ben Kardin kimi erməni kökənli məxluqun Azərbaycan haqqında söylədiyi hədyanları bölüşürsən?

C.Həsənlinin və Ə.Kərimlinin hərəkətləri separatizmdir

Bu günlərdə Ə.Kərimlinin və C.Həsənlinin birgə imzası ilə Fransa Senatına təbrik məktubu ünvanlayıblar. Ona görə yox ki, Fransa prezidenti E.Makronun rəhbərlik etdiyi siyasi partiyanın Avropa parlamentinə keçirilən seçkilərdə uduzub. Ona görə ki, Makronun qərarı ilə buraxılan senatın fəaliiyət göstərdiyi dönəmdə məhsuldar və uğurlu fəaliyyət göstərib. Bu yerdə təəccüblənməmək mümkün deyil. Ən azı ona görə ki, Fransa senatı deyildimi Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib? Senat deyildimi Azərbaycanın Ermənistan üzərində parlaq hərbi, siyasi, diplomatik qələbəsindən sonra ölkəmizi işğalçı, mülki insanlara qarşı zorakılıq etməkdə, mədəni irsi dağıtmaqda və digər əndrəbadi məsələlərdə günahlandıran qərarlar qəbul edən? Fransa deyildimi Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandal hərəkətləri edən? Bu günlər Fransa hakimiyyəti “Azərtac” Dövlət Agentliyinin jurnalistini şengel ərazisinə buraxmaqdan imtina etmişdir. Nəhayət, Fransada baş verən iğtişaşlara, vətəndaş qarşıdurmasına görə, bu ölkənin Daxili İşlər Naziri Azərbaycan dövlətinə qarşı əxlaqına və mənəviyyatına uyğun olaraq ittihamlar irəli sürüb. Bütün bunların fonunda Ə.Kərimlinin və C.Həsənlinin Fransa Senatına təbrik xarakterli məktub ünvanlaması ölkəmizin maraqlarına və böyük xalq imicinə ləkə vurmaq cəhdindən başqa bir şey deyil. Hesab edirəm ki, aidiyyəti dövlət qurumları dağıdıcı ünsürlərin bu hərəkətinə ən azı qınaq xarakterli də olsa münasibət bildirəcək.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
sesqazeti.az

2Mənbələr