AZ

Paşinyan kilsə və müxalifətə SƏSLƏNİB

Nikol Paşinyan etirazları təşkil etdiyini düşündüyü kilsə və müxalifətə səslənib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın Baş naziri sabiq prezidentlərdən bir neçəsinin adını çəkib:

“Keçmiş prezident Robert Köçəryan və katolikos II Qareginin rəhbərlik etdiyi hərəkat parlamentin qarşısında polislərə qarşı hücumları dəstəkləyir. Levon Ter-Petrosyanın klerikal-feodal elitasını birləşdirmək cəhdləri, eləcə də silsilə bəyanatları göstərir ki, bunlar kilsə etirazlarının tərkib hissəsidir”.

O, hakimiyyət dəyişikliyi planının baş tutmayacağını bildirib:

“Amma mən klerikal-feodal elitasına deyirəm ki, siz Ermənistanda hakimiyyəti dəyişə bilməzsiniz. Müxalifət xalqdan qaynaqlanan legitimlik qarşısında sadəcə olaraq acizdir. Yepiskop rütbəsindəki bir adam polisi təhlükədə olmadıqlarına inandıraraq dəbilqələrini çıxarmağa çağırıb. Dərhal sonra isə onlara daş atmağa başlayıblar. Nəticədə 18 polis və 83 mülki şəxs yaralanıb. Halbuki polisin hərəkətləri qanunauyğun olub”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
nocomment.az

1Mənbələr