AZ

Ayvalık sahillərində 25 qanunsuz miqrant xilas edilib

Türkiyənin Balıkəsir şəhərində 25 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ayvalık sahillərində mühərriki xarab olan qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə qrupları göndərilib.

Komandanlığın əməkdaşları rezin qayıqda olan 25 qanunsuz miqrantı xilas edərək sahilə çıxarıb.

Miqrantların qeyri-qanuni yollarla Yunanıstanın Lesbos adasına getmək istədikləri bəlli olub.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
e-huquq.az

1Mənbələr