AZ

COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib

Bakı. Trend:

Cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29konfransı çərçivəsində aktiv iqlim fəaliyyəti ilə planetimizəmüsbət təsirlərə əsaslı töhfələrin verilməsi, eyni zamandapaytaxtımıza üz tutacaq on minlərlə xarici qonağın ən yaxşı təcrübəvə qonaqpərvərliklə qarşılanmasının təmin edilməsi istiqamətindəgöstərilən səylərlə yanaşı, həmçinin tədbirin paytaxt və ölkəmizətəsirləri də dəyərləndirilməkdədir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindənTrend-ə bildirilib ki, bu istiqamətdə COP29 Azərbaycan ƏməliyyatŞirkəti növbəti layihəyə start verərək, ekoloji maarifləndirmə vəiqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təminedilməsi məqsədilə COP29 Akademiyasının fəaliyyətə başladığını elanedib.

"Akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıqmövzularında peşəkar səriştələr, liderlik, dərin bilik nümayişetdirən və fərqlənən universitet məzunlarını tanımaq vədəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığınəhəmiyyəti barədə cəmiyyətin məlumatlandırılmasını hədəfləyir.

Bu proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf vəözünü inkişaf üçün imkanları təklif etməklə iştirakçılarındayanıqlılıq sahəsində biliklərə yiyələnməsi, bu biliklərinhəmyaşıdları, ailələri və ictimaiyyət ilə paylaşmaları üçün birplatforma rolunu oynayacaq.

İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbuledəcək Akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət,layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimiyumşaq bacarıqlara yiyələnmək üçün muvafiq mütəxəssislərin iştirakıilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasınıniştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərəkCOP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfəverməyə cəlb ediləcəklər.

2023 və 2024-cü illərdə akkreditə olunmuş universitetlərdənməzun olan, Azərbaycan Respublikasının vətəndaşlığını daşıyan vəəmək fəaliyyəti ilə məşğul olmayan, sosial aktiv, xarici dilbilikləri yüksək olan bütün namizədlər 22 iyun 2024-cü iltarixinədək linki vasitəsilə ərizə formasını dolduraraqqeydiyyatdan keçə bilərlər. Proqram tələblərinə əsasən seçilənnamizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Əlavə məlumatüçün www.cop29.az, [email protected] və ya +994125352928 müraciətoluna bilər.

Ümumilikdə, qeyd edilməlidir ki, tədbir həm gənclər, həm ölkəninümumi işçi qüvvəsinə əsaslı şəkildə təsir edəcək. Bu xüsusdaölkəmiz öz fəaliyyəti ilə paytaxt Bakı və onun hüdudlarındankənarda insan kapitalının formalaşması, infrastrukturuntəkmilləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi kimiistiqamətlərdə əldə edilən nailiyyətləri tədbirdən sonra da mirasolaraq buraxmağı hədəfləyir", - məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
26
az.trend.az

10Mənbələr