AZ

Pyolinin xələfi məlum oldu

“Milan”da baş məşqçi problemi praktiki olaraq həllini tapıb. İtaliya klubu tezliklə yeni təyinatı açıqlayacaq.

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Klub baş məşqçi vəzifəsinə Paulu Fonsekanı gətirəcək. Onunla 2 illik müqavilə imzalanacaq. Romano Fonsekanın yeni iş yerində ilə 2,5 milyon avro maaş alacağını da bildirib. 51 yaşlı məşqçinin sonuncu klubu bir neçə gün əvvəl ayrıldığı “Lill” olub.

Xatırladaq ki, “Milan” ötən mövsüm 74 xal toplamaqla A seriyasında 2-ci yeri tutub. Rəhbərlik komandanı 2021/22 mövsümündə çempionluğa daşıyan Stefano Pyoli ilə yolları ayırmağı lazım bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
football-plus.az

1Mənbələr