AZ

Zəncirvari yol qəzasında 12 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərində zəncirvari yol qəzası olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şanlıurfanın Karaköprü rayonunda 4 avtomobilin toqquşduğu yol qəzasında 12 nəfər xəsarət alıb.

Toqquşmanın təsirindən 2 avtomobil yol kənarındakı baryerlərə çırpılaraq qarşı zolağa keçib.

Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Bir müddət sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
e-huquq.az

1Mənbələr