AZ

Xankəndinin “meri” həbsdə qaldı

Qarabağda ləğv olunmuş separatçı rejimin nümayəndəsi, Xankəndi şəhərinin keçmiş “meri” David Sarkisyan barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı həbs qətimkan tədbiri seçilib.

“Cebhe.info”-nun məlumatına görə, bu barədə David Sarksiyanın vəkili Ruben Melikyan açıqlama verib.

Onun sözlərinə görə, hakim Masis Melkonyan müstəntiqin vəsatətini tam təmin edərək David Sarkisyanın cəzasının ev dustaqlığı ilə əvəzlənməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, David Sarkisyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi və 457-ci maddəsinin 2-ci hissəsi ilə xüsusilə külli miqdarda əmlakın oğurlanması və sənədlərin saxtalaşdırılması işi üzrə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
cebheinfo.az

2Mənbələr