AZ

Naxçıvanda təxribatlar DAVAM EDİR: Yeni müharibə BAŞLAYIR? - ŞƏRH

Naxçıvanda təxribatlar DAVAM EDİR: Yeni müharibə BAŞLAYIR? - ŞƏRH

Xəbər verdiyimiz kimi, iyunun 14-ü saat 7:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Daha əvvəl iyunun 12-si və 13-də Naxçıvandakı mövqelərimiz atəşə tutulmuşdu. Naxçıvan Azərbaycan-Türkiyə arasında yeganə quru sərhəddir. Ekspertlərin fikrincə, Ermənistan tərəfi Naxçıvan istiqamətində genişmiqyaslı txribatlara yol verə bilməz. Çünki Naxçıvanda Azərbaycanın kifayət hərbi mövqeləri mövcuddur. Eyni zamanda Naxçıvana açıq şəkildə hücum olarsa, burada Türkiyə faktoru ön plana çıxır.

Lakin, Naxçıvanda dalbadal törədilən təxribatlar başa düşülən deyil. Genişmiqyaslı təxribatlar baş verərsə, hərbi əməliyyatların keçirilməsi gözləniləndir?

Mövzunu Sonxeber.az-a şərh edən Elxan Şıxəliyev deyib ki, Biz Ermənistan ilə atəşkəs vəziyyətindəyik və sülh sazişi bağlanmayıb. Bu o deməkdir ki, istənilən vaxt müxtəlif bölgələrdə atəşkəsin pozulması gözləniləndir:

"Bu atəşkəsin pozulmasına səbəb daxildəki narazı kütlənin istiqamətini yeni münaqişə ehtimalına yönəltməkdir. Əslində daxildəki prosesi Naxçıvan və sərhəd ərazilərdə atəşkəsin pozulmasına istiqamətləndirmək istəyirlər. Genişmiqyaslı təxribatların baş verməsinə mən ehtimal vermirəm. Ermənistan tərəfi atəşkəsi pozan zaman Azərbaycan tərəfi adekvat cavab tədbirləri həyata keçirir. Ermənistan Azərbaycanı müharibəyə təhrik edir. Bütün bunlar daxildəki proseslər ilə birbaşa əlaqədardır. Onlar sülh sazişini imzalamamaq üçün bəhanə axtarır. Bu səbəbdən düşünürəm ki, Ermənistanın daxilindəki gərginlik sərhəddəki təxribatlara yönləndirilir. Sülh sazişi imzalanmayana qədər bu təxribatları Ermənistan tərəfindən gözləməliyik".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
sonxeber.az

1Mənbələr