AZ

Ukrayna daha 10 ölkə ilə təhlükəsizlik sazişi imzalayacaq

Ukrayna

Ukrayna daha 10 ölkə ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalamaq üçün danışıqlar aparır.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının yaydığı bəyanatda deyilir.

Ukrayna prezidenti Vladimir Zelenskinin cümə axşamı İtaliyada keçirilən “G7” sammiti çərçivəsində ABŞ və Yaponiya ilə imzalanan razılaşmalardan çox məmnun olduğunu qeyd edilir və bildirilir ki, Ukrayna hazırda “G7”-nin bütün üzvləri ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayıb.

V. Zelenski deyib ki, ümumilikdə, 17 saziş imzalanıb, daha 10 saziş imzalanacaq.

Bundan əvvəl o, ABŞ-la imzalanmış sazişdə “Patriot” və “F-16”-nın tədarükü ilə bağlı müddəaların olduğunu bildirib.

Zelenski ABŞ-la imzalanmış sazişin Konqresə təqdim ediləcəyini və hüquqi qüvvəyə malik olacağını da sözlərinə əlavə edib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
reyting.az

1Mənbələr